A N A R    H A Q Q I N D A

~ Rəsul Rza
~ Nigar Rəfibəyli
~ Heydər Əliyev (Azərbaycan Respublikasının Prezidenti)
~ Əbülfəz Elçibəy (Azərbaycan Respublikasının keçmiş Prezidenti)
~ Bəxtiyar Vahabzadə (Xalq şairi)
~ Vaqif Səmədoğlu (yazıçı)
~ Elçin (Xalq yazıçısı)
~ Tofiq Quliyev (bəstəkar)
~ Toğrul Nərimanbəyov (rəssam)
~ İsmayıl Şıxlı (yazıçı)
~ Xəlil Rza Ulutürk (şair)
~ Yusif Səmədoğlu (yazıçı)
~ Rüstəm İbrahimbəyov (yazıçı)
~ Sabir Rüstəmxanlı (şair)
~ Həsən Məmmədov (kinoaktyor)
~ Rəşid Behbudov (Azərbaycanın görkəmli müsiqiçisi)
~ Oqtay Mirqasımov (kinorejissor)
~ Firəngiz Əlizadə (bəstəkar)



* * *

YADIMA DÜŞDÜ

Oğlum Anara
Dənizdə ləpə var, göydə bulud var,
Gündə durna keçir göydən yüz qatar
Baxdım üfüqlərə həzin axşamlar,
O məlum durmağın yadıma düşdü.

Bax, yaşıl Krımda yarpaqlar solub
Elə bil təbiət işdən yorulub
Hərdən qərib-qərib gözlərin dolub
Boynunu burmağın yadıma düşdü.

Könlüm sənsiz ağlar, səninlə gülər,
Ata olmayanlar bunu nə bilər?
Tutub çarpayının yanından səhər,
Ayağa durmağın yadıma düşdü.

Rəsul Rza
Krım, Yalta, 1938

* * *

ANARA
Hicranın ağırdır, dözə bilmirəm,
O uca dağlardan en gəl, Anarım!
Körpə ayaqların yaman yorulub,
Sinəmin üstündə dincəl, Anarım.

Sənsiz nə gecəm var, nə də gündüzüm
Sən gedəndən bəri gülməyib üzüm,
Gəl uzun kirpikli körpəcə quzum,
Anarım, Anarım, dəcəl Anarım!

Dedilər heyransan gülün ətrinə,
Gül qatdım şerimin hər bir sətrinə
Min cəfaya dözdüm sənin xətrinə,
Anarım, Anarım, gözəl Anarım!

Nigar Rəfibəyli
1945

* * *

Amma keçən şeyləri indi burda açmaq olar. Gəlib nə qədər şikayət edirdilər, elə sizin özünüzün içərinizdən. Biri gəlirdi, deyirdi bu pantürkistdir, biri deyirdi, nə bilim bu Türkiyənin casusudur, biri deyirdi bu İranın casusudur, biri deyirdi bunun babası sovet hökumətinin əleyhinəolub, özu də sovet hökümətinin əleyhinə gedir. Nə qədər gəlirdilər, deyirdilər və çalışırdılar ki, bu əsərlərin qarşısını alsınlar. O vaxtlar bizim həyatımızda olan mənfi halları tənqid edən əsərlərin qarşısını almaq istəyirdilər.1969-cu ildə mən də Azərbaycana rəhbər seçilən gündən Azərbaycanın həyatında olan eybəcərlikləri, mənfi cəhətləri daim tənqid etmişəm, onlarla mübarizə aparmışam. Ona görə gəlib mənə deyəndə ki, «Anar «Şəhərin yay günləri» pyesi yazıbdır, bizim quruluşun əleyhinəgedir, filan edir», dedim, yaxşı, gedib baxaram. Gəldim, baxdım, çox da təriflədim, mükafat da verdim.
...İyirminci illərin represiyalarında, otuzuncu illərin represiyalarında çox dəyərli gəncəlilər- ziyalılar məhv edilmişdir. Onlardan biri də Nigar xanımın atası Xudadat bəy Rəfibəyli- Azərbaycanın ilk müstəqil hökümətində, Xalq Jümhuriyyətində nazir vəzifəsini tutmuş bir insan, sonra represiya qurbanı olmuşdur. Ancaq tarix hər şeyi öz yerinəqoyur. Reppresiya qurbanı olmuş Xudadat bəy Rəfibəylinin qızı Nigar xanım Rəfibəyli böyük bir yol keçmiş, Azərbaycan mədəniyyətinin inkişaf etməsi uğrunda çalışmışdır. O, öz həyat yoldaşı- Azərbaycanın böyük şairi Rəsul Rza ilə birlikdə Azərbaycan ədəbiyyatının yüksəlməsində xüsusi rol oynamışdır və məmnunam ki, onların övladı, Azərbaycanın böyük yazıçısı, Yazıçılar Birliyinin sədri hörmətli Anar da əcdadlarının, anasının, atasının işini davam etdirir və Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafına öz xidmətlərini göstərir. Görürsünüz Gəncə nə qədər böyük insanlar yetişdirir. Bir ailədə üç xalq yazıçısı- RəsulRza, Nigar Rəfibəyli, Anar.

Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti

* * *

Respublikadakı gəncləri çox əzirdilər. R.Rza birdən çıxdı, 20-30 nəfəri himayə elədi. Jamaat baxırdı ki, yuxarıda Rəsul da var. Rəsulun hesabına aşağıdan bəziləri cəsarətlənirdilər. Və onları Rəsul himayəedirdi. Məsələn, Fikrət Qoca idi, Vaqif Səmədoğlu idi və başqaları. O zaman ziyalılar çox böyük işlər görürdülər... Həmin dövrdə Ə.Əylisli də, Anar da, Elçin də,Y.Səmədoğlu da göz qabağında idilər. Bunlar o sözü deyirdilər, təbliğ edirdilər. Bəzən biz deyirik ki, Bəxtiyar müəllim niyə belə danışdı, bir az yumşaq danışdı. Bəxtiyar müəllim o ağır vaxtlarda tələbələrinə, millətinə vətənpərvərlik şerləri öyrədirdi... Bizimki o vaxt yüksəlişdeyildi, ölümdən qayıdış idi. O zamanın ədəbiyyatı daha çox əzablıdır. O zamanın yazısına daha çox qiymət verilməlidir. Millətin nəfəsini geri qaytardığı üçün. Dil uğrunda ədəbiyyat mübarizə aparırdı. Əkrəmin «Azərbaycan» curnalı,C.Səmədoğlunun «Ulduz» curnalı böyük rol oynadı. Onlardan əvvəl Anarın «Qobustan» curnalı dili ilə, nəfəsi ilə təzə gəlmişdi. Sonra hamı düşdü onun üstünə, başladılar Rəsul Rzanın əleyhinə yazmağa, Anarın əleyhinə yazmağa. Qrup ilə bir yerdə vurmağa başladılar ki, bunun adı topludur, buqurumdur, bəs bunlar nədir.
O dövrün ziyalıları haqqında ayrıca yazı da yazmaq lazımdır. Onların qiyməti də verilməlidir. Mənim yadımdadır «Molla Nəsrəddin - 66»- Anarın yazıları, hamıoxuyurdu. Bütün cavanlar bir-birindən soruşurdu ki, oxumusan? Onun müzakirəsinə keçirdilər, danışırdılarcavanlar. Yəni bu, Sabir ruhunun qayıtması idi. Bu, XX əsrin birinci yarısında qaynayan ziyalı təfəkkürünü təzədən qaytarıb gətirmək, təzədən ona qayıtmaq və onun üstündə yenidən qurub getmək idi. İndi necə ki, biz Azərbaycan Demokratik Jümhuriyyətini bərpa etməyə çalışırıq, o zaman da bunlar həmin o məfkurəni bərpa edənlər idi və etdilər də. Çox şey etdilər.

Əbülfəz Elçibəy
Azərbaycan Respublikasının II Prezidenti

* * *

Ziyalı beyni bizim mənəvi sərvətimizdir. Bunula belə milli sərvətiqorumaq, ona qayğı göstərmək də vacibdir. Amma etiraf edək ki, qiymətli adamlarımızıqorumaq, onlara qayğı göstərmək bir yana, yuxarıda dediyim kimi,ömrünü millətin dərdlərini dilə gətirməyə, uzun illər içində yaşadığımız totalitar recimin kökünü baltalamağa həsr etmiş Anar kimi ziyalılarımızı yerli-yersiz sancmağa, özümüzdən incitməyə ehtiyac var idimi? Axı, son 2-3 ildə bəzi qəzetlərimizin işi-peşəsi Anar kimi hörmətli ziyalılarımızı neştərləməkdən ibarət olmuşdur. İstiqlalımızı qazanandan sonra Sovet imperializminin kökünü baltalayan "Adamın adamı","Anlamaq dərdi", "Yaxşı padşahın nağılı" kimi o vaxt böyük cəsarət tələb edən əsərləri yazmaş Anarın xidmətlərini bu gün qiymətləndirmək əvəzinə, cürbəcür atmacalarla onun "yersiz" ifşası ilə məşğul olmaq mədəni xalqa yaraşarmı?

Bəxtiyar Vahabzadə (Xalq şairi)

* * *

Mənim şairlik xronologiyamı Anar məndən yaxşı bilir. Məsələn, mənim yadımdan çıxmış, tamamilə unutduğum dörd poemamı Anar mənəverib. Baxan kimi yadıma düşdü. Anarın bu xüsusiyyətini də deyim, qoy bizim cavanlar öyrənsin ki, necə dostluq etmək lazımdır. Dostluq təkcə sözlə-söhbətlə, yemək-içməkləyox, bax elə bundadı. Hər dost bunu eləyə bilməz. Özü də Anar kimi ictimai nöqteyi-nəzərdən həmişə məşğul olan adam oturub dostun kitabını tərtib eləsin: «İlahi, mən burdayam» kitabının tərtibçisi də Anardı, amma adını bir tərtibçi kimi yazmayıb. Ön sözü də o yazıb. Yığan da Anardı, səhifələyən də Anardı.

Vaqif Səmədoğlu (şair)

* * *

Anarın «Ağ liman» povestindən bir misal gətirmək istəyirəm. Povestin qəhrəmanı Təhminə bu gün çox yayılmış emansipasiyaya uğramış qadın tipinin nümayəndəsidir: O, elmlər namizədidir, çox gözəl və çox da sərbəst yaşayır, daha dəqiq desək, Təhminə təsadüfi münasibətlərdə öz ifadəsini tapmış bu «sərbəstliyin» əsəridir, o, öz müstəqilliyini əhatə olunduğu adamların, əsas etibarı ilə obıvatellərin gözünəsoxaraq, əzablı həqiqilik axtarır. Burada sanki heç bir milli özünəməxsusluqyoxdur.
Biz Təhminə surətinin bu kiçik təhlilində bilərəkdən mülahizələri ümumi şəkildə yürütdüksə də, bir söz çox yerinə düşdü ki, bu da «əzab» sözüdür. Təhminənin öz «emansipasiyasını», «modernliyini» məhz əzab ilə, necə qəlbən, necə hisslərə qapılaraq özünə də dərd etməsi tamamilə milli səciyyə daşıyır. Fransız qadını belə bir «emansipasiyanı», belə bir «modernliyi» təbii ki, heç vaxt özünün əzablı qayğılar mənbəyinə çevirməzdi. Bu yerdə məhz şərq sakini, məhz azərbaycanlı qadınının daxili aləminin, əzab-əziyyətlərinin şahidioluruq. Müəllifin məharəti və milli xüsusiyyətlərə sadiqliyi də məhz bu incə mətləbi duymasında və göstərməsində idi.

Elçin (Xalq yazıçısı)

* * *

Mən yüksək şəxsiyyətli, sevimli şairimiz rəhmətlik dostum Rəsul Rzanın oğlu, mənimlə müqayiəsədə gənc dostum Anarı ona görə sevirəm ki, o, atasından gələn bir çox insani keyfiyyətləri keşməkeşli dövrlərdən keçirərək özündə yaşadabilib, öz zəhməti, öz çalışqanlığı hesabına biliyini, səviyyəsini artıraraq kamil bir insan, çoxsahəli yaradıcılığı olan həssas duyğulu bir sənətkar və yüksək mədəniyyətli dövlət xadimiolub.

Tofiq Quliyev (bəstəkar)

* * *

Tallinn, Moskva, Roma, Paris və dünyanın bir çox böyük şəhərlərində olmuşam və oradan Azərbaycana baxanda həmişə Anarı görmüşəm.

Toğrul Nərimanbəyov (rəssam)

* * *

Anarın bir yazıçı kimi yaxşı cəhətlərindən biri də budur ki, qələmə almaq istədiyi mövzunu mükəmməl araşdırır, tədqiqatçı kimi araşdırmalarla məşğul olur və onu bütöv qavradıqdan sonra yazıya başlayır. Biz bunu Mirzə Jəlildən əsər yazmazdan əvvəl «Anlamaq dərdi» və «Dədə Qorqud dünyası» kimielmi, essevari, publisist əsərlərin timsalında görürük.
Mənə elə gəlir ki, «Dədə Qorqud dünyası» indiyə qədər «Dədə Qorqud» haqqında yazılan bütün elmi araşdırmalara istinad edilərək, onların əsarət zəncirindən uzaqlaşaraq, müstəqil mühakimələr əsasında yaradılmışemosional, emosional olduğu qədər də elmi əsərdir. Bu əsərdə iki cəhət xüsusilə diqqəti cəlbedir. Birincisi, Anar «Dədə Qorqud» oğuzlarının fərqli olduğunu, öz adət,psixologiya, əxlaq, ailə münasibətləri, məhəbbət və sədaqət anlayışları ilə azərbaycanlı olduqlarını və bunların bizim torpaqda ta qədimdən yaşadığını, bir sözlə, bizim özümüz və kökümüz olduğunu sübutedir. «Dədə Qorqud» bizimdir, onun oğuzları isə əcdadımızdır. Özü də Azərbaycan torpağında eramızın əvvəllərində, bəlkə də daha qədimdə yaşamışlar. İkinci cəhət odur ki,Anar «Dədə Qorqud» dili ilə, «Dədə Qorqud» əxlaqi,psixoloct, etik xüsusiyyəti ilə, indiki Azərbaycanlıları müqayiəs edərək oxşar cəhətlər, daha dəqiq desək, indinin özündə də yaşadılan cəhətləri axtarıb tapır. Heç şübhəsiz, bu əsər dədəqorqudşünaslığı zənginləşdirəcəkdir.

İsmayıl Şıxlı (yazıçı)

* * *

Görkəmli Azərbaycan yazıçısı Anarın gələmindən çıxmış «Sizsiz» sənədli romanı müasir Azərbaycan ədəbiyyatının ciddi nəaliyyətlərindəndir. Bu əsər göz yaşı və ürək alovundan yaranmış ən nəcib fikirlər, duyğularla yazılmışdır. Anar bu romanında Rəsul Rza və Nigar Rəfibəylinin bədii obrazlarını yaratmışdır. Bu gün ədəbiyyatla az-çox əlaqəsi olan, hər iki şairi sevən,oxuyan, onları tanıyanlar bilirlər ki, Rəsul Rzanın yaradıcılıq yolu sayılan, seçilən yoldur. Ədəbi gəncliyə qayğı deyəndə ölməz şair düşür yada. O, həmişə haya yetmək, kimisə büdrəmələrdən, yıxılmaqdan qorumaq üçün yaranmışdı elə bil.
Bu əsər dərd, kədər, dözüm nəğməsidir. Yüzcə gün ərzində atasını və anasını itirən, bu itkinin böyüklüyünü yalnız ağlı iləyox, bütün ürəyi ilə dərk edən, duyan, dərdə dözməyən, dözən övladın bədii etirafıdır.
Müəllifin «Qorxuram qələmim qanaya» sözləri sanki romanın yazılma tərzini, onun necə doğulduğunu müəyyənləşdirir... Əsərin dili çağdaş ədəbi dilimizin inkişafı və zənginləşməsi baxımından da xeyli maraqlıdır. Anarın bədii nəsr dili həyatın və insan varlığının dərin qatlarını öyrənən, ən incə fikir və duyğuları dürüst ifadə etməyə çalışan və buna nail olan realist sənətkarın dilidir. Ədəbiyyatımızın ümumi inkişafında, onun formaca, məzmunca zənginləşməsində misilsiz xidmətləri olan RəsulRza, Nigar Rəfibəyli haqqında yazılmış bu roman yüksək bədii keyfiyyətlərilə, yazı tərzi, üslubu ilə də yenidir, maraqlıdır. Mənim yazdıqlarım isə əsərin hər iki qəhrəmanına və onun müəllifinə böyük hörməti olan bir şairin ürək sözləridir.

Xəlil Rza Ulutürk (şair)

* * *

Anarın, Anar yaradıcılığının həyatiliyi, realizmi, əgər təbir caizsə, bugünlüyü bizə əsl ədəbiyyat haqqında danışmağa tam haqq verir. Anar bir yazıçı, esseist və kino xadimi kimi öz yaradıcılığında müasir sənətin bir çox xüsusiyyətlərini birləşdirə bilmişdir, bu sintez ekletik xarakterlideyil, bütövdür, məqsədəuyğundur... Məhz buna görə də bu gün biz ədəbiyyatdan danışanda, müasir Azərbaycan nəsrinin son illərdə keyfiyyətcə yeni bir mərhələyə qalxdığını iqrar edəndə-yeni fikirli, yeni məzmunlu, yüksək realist mövqeli, geniş miqyaslı sənətdən danışmalıoluruq. Bu sənətin ön sıralarında Anar öz səsi və öz nəfəsi ilə uğurlu addımlarlagedir.

Yusif Səmədoğlu (yazıçı)

* * *

Anar yaradıcılığının həqiqətən renesans genişliyinin istedad və maraq dairəsindən başqa, mənəvi qaynaqları da var:«özgə» əməllərilə, talelərilə, səyləri ilə bu qədər ürəkdən məşğul olmaq yalnız ölümü unutmayan və həyatı sevən adamın işidir.
Anarın şəxsiyyət, sənətkar, ictimai xadim kimi Azərbaycan mədəniyyətində unikallığı aydın həqiqətdir. İstedadın, geniş erudisiyanın, xalqına, ölkəsinə gərəkli olmaq yolunda xidmətin və zamanın son dərəcə dəqiq duymağın belə üzvü vəhdətini mən başqa heç kəsdə görməmişəm.

Rüstəm İbrahimbəyov (yazıçı)

* * *

Ədəbi həyatda da teatrdakı kimi hərənin öz «ampulası» var və öz təbiətinin ziddinə gedib bundan kənara çıxmaq asandeyil. Mənə elə gəlir ki, Anar ədəbiyyataepizodik, ikinci-üçüncü dərəcəli rollar üçün gəlməyib. Elə bu xüsusiyyət ona həm bədii, həm dəelmi-publisist yaradıcılığında mədəniyyət tariximizin ən qaynar nöqtələrinə əluzatmaq, ən müqəddəs səhifələrini çevirmək haqqı kimi bir mənəvi imtiyazverib. Anar ilk hekayələrini çap etdirəndən bəri həmişə diqqət mərkəzindədir. Ancaq onun yaradıcılığına oxucu marağı ilə «tənqidçi» marağı çox vaxt bir-birinin əksinəolub. Oxucuya sevinc gətirən bir çox yaradıcılıq axtarışları və uğurları, tənqidçilər üçün yeni hücum hədəfinə dönür... Buna görə də öz ədəbitaleyini, bugünki böyük ictimai etimadı, ümumxalq məhəbbətini qazanmaq qədər o, çətin, dramatik yollardan keçib... Anara etibar etmək olar, yazısında da, ictimai mövqeyində də, danışığında da, sevgisi və nifrətində də... Hansı yerə düşür-düşsün, mədəniyyətimizi ləyaqətlə təmsil edə bilər. Heç bir çətin məqamda öz şəxsi mənafeyini, tərif, ad-san, mükafat həvəsini ümümi mənafeyindən üstün tutub ədəbi vicdanına qarşı getməz... Anarınvaxta, vaxtın Anara sədəqəti məni həmişə təəcübləndirir. Anarın vaxta sədaqəti budur ki, o, həmişə hər vaxtın, hər məqamın öz sözünü, doğma, gözlənilən, gərəkli sözünü deyir. Vaxtın ona sədaqəti də budur ki, bizim üçün 24 saat olan gün sanki onun üçün genişlənir. Yoxsa eyni zamanda həmnasir, həm kino-dramaturq, həm publisist, həm «Qobustan» kimi bizim mətbuat tariximizdə xüsusi mərhələ təşkil edən curnalınredaktoru, həm kinorejissor kimi çoxcəhətli fəaliyyətinə necə vaxt çatdırmaq olardı? Əgər zamanın belə yazıçıya sədaqəti olmasaydı, o, bütün ədəbi-ictimai fəaliyyəti ilə yanaşı, Azərbaycanı qarış-qarış gəzib yurdumuzun Naxçıvanı, Qarabağı, Gəncəsi, Şəkisi, Lənkəranı, Qobustanı, İçəri şəhəri haqqındabir-birindən gözəl bədii publisistik nümunələr yarada bilməzdi. Bu kitab həm coğrafi, həm də mənəvi anlamda Azərbaycanın xəritəsidir. Burada vətənlə şəxsiyyət, yurdla yurddaş üz-üzə, ürək ürəyədir.

Sabir Rüstəmxanlı (şair)

* * *

Anar həyatda, sənətdə heç kimə bənzəmir, ədəbiyyatımızda onun özünəməxsus yeri və dəsti-xətti var. Hər hansı bir əsərini oxuyanda bilirsən ki, bu, Anarın qələmindən çıxıb. Elə özünün çəkdiyi filmlər də adi bədii filmlərdeyil. Bunlar həm də görkəmli sənətkarlarımız haqqında monumental tədqiqat əsərləridir.
Mən Anarı bir yazıçı kimi çoxdan tanıyıram. Mən çox rejissorlarla işləmişəm. Amma Anarda başqalarından fərqlənən cəhətlər görmüşəm. Çəkiliş meydançasında çox danışmaqla, obrazı aktyora uzun-uzadı başa salmaqla işiyoxdur. O, baxışları ilə, iki kəlimə ilə sözlə aktyoru inandırır. Mən Anarla fəxr edirəm. Moskvada yaşlı nəsldən olan ədiblərin ona necə hörmət və izzətlə müraciət etdiklərini görəndə ürəyim dağa dönürdü...

Həsən Məmmədov (kinoaktyor)

* * *

«Azərbaycanfilm» studiyasında yaranmış və Mərkəzi televiziya ilə nümayiş etdirilmiş«Üzeyir Hacıbəyov. Uzun ömrün akkordları» filminin ssenarı müəllifi və rejissoru Anardır. Film bəstəkarın yaradıcılığının dərin xəlqi köklərini, onun doğma torpağına üzvü bağlılığını əksetdirir. Xatirələrin, tarixi sənədlərin, bədii kinoyla uzlaşması bəstəkarıntaleyi, Azərbaycan musiqi-səhnə sənətinin inkişaf yolları haqqında düşüncə-film yaratmağa imkan vermişdir.

Rəşid Behbudov (Azərbaycanın görkəmli müsiqiçisi)

* * *

Anarın bizim kinematoqrafiyada rolu olduqca böyükdur. Onun yaradıcı kimi iştirakı ilə çəkilən filmləri sadəcə olaraq sadalamaq belə çətindir. Hələ demirəm ki, bu, yalnız kəmiyyətinədeyil, həm də geniş bədii diapazonuna, dövrü, xarakterləri, janrları, əhval-ruhiyyələri əhatə etməsinə görə uzun bir siyahıdır... Bir sözlə, analitik yazıçı-publisist, kinoşünas olsayıdam, onun haqqında kitab yazardım, sadəcə qəzet məqaləsiyox. Xoşbəxtəm ki, hələ gənclik illərində, bizim nəsil üçün çoz şərəfli olan60-cı illərdə Anarla işləmək saədəti mənə də nəstb olmuşdur.
Yazıçı, kinematoqrafçı Anarın bizim mədəniyyətin ən gözəl simalarından olduğunu bildirməklə necə deyərlər, Amerika kəşf etmirəm. Onun canlıensklopediya, parlaq erudit, həqiqi orqanıik ziyalı kimi bizim mənəviyyatımızın, dilimizin və tariximizin müdafiəçisi olduğunu bildirməklə də eləcə. O, çox qeyrətli valideynlərin (Allah Nigar xanıma və Rəsul müəllimə qəni-qəni rəhmət edəsin) çox qeyrətli övladıdır. O, öz torpağının, öz xalqının oğludur. O, vətəndaşdır. Elə bir hal xatırlamıram ki, Anar öz qayğıları qeydinə qalaraq dostlarının, ictimaiyyətin, milli ədəbiyyatın, teatrın,kinonun, yetişməkdə olan nəslin, tələbələrintaleyini, bütövlükdə maarifin qayğılarını bir dəqiqə unutmuş olsun. Mən bu tükənməz insanın hansı potensiala malik olduğunu bilirəm və görürəm. İnanıram ki, qarşıda onu bu vaxta kimi yaratdıqlarından da çoxkitablar, filmlər, festivallar, sürəkli alqışlar gözləyir.

Oqtay Mirqasımov (kinorejissor)

* * *

İndi də portretin sonuncu çizgisi- Eminin (bəstəkar Emin Sabitoğlu)yazıçı Anarla dostluğu haqqında. Bu dostluq onların atalarının- Sabit Rəhmanla Rəsul Rzanın yaxınlığından, dostluğunda bəhrələnmişdir. Mən Eminlə Anarın dostluğunda böyük və dərin məna görürəm. Axı Anar yüksək dərəcədə mədəni insandır, gözəlnasirdir, ədəbiyyatşünasdır, eruditdir, onunla dostluq etmək hamı üçün asandeyil. Belə bir dostluq adamı ucaldır və nəctbləşdirir, kailləşdirir və qarşıya tələblərqoyur. Bu iki adamın məhz belə tələbkar dostluq telləri iləbir-birinə bağlanması mənim nəzərimdə onların yüksək bəşəri keyfiyyətləri üçün ən yaxşa meyardır.

Firəngiz Əlizadə (bəstəkar)